Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın Konqresə 3 noyabrda keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin səbəblərindən biri ola biləcəyini inkar etməyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Amerika lideri bu barədə "CBS News"a müsahibəsində bildirib.
Jurnalist Trampdan ABŞ-nin vitse-prezidenti Cey Di Vensin respublikaçıların məğlubiyyətini Amerika seçiciləri arasında İrana qarşı müharibənin populyar olmaması ilə əlaqələndirən açıqlamalarına münasibət bildirməsini istəyib.
"Mən bununla mübahisə etmirəm", - Tramp cavab verib.
Belə olduqda jurnalist onun Vensin mövqeyi ilə razılaşıb-razılaşmadığını dəqiqləşdirmək istəyəndə Prezident sözlərini təkrarlayıb: "Mən bu barədə mübahisə etmirəm".
Tramp həmçinin bildirib ki, Vens "X" sosial media hesabında açıqlamasını dərc etməzdən əvvəl onun fikrini soruşub. Prezident cavab olaraq vitse-prezidentin uyğun bildiyi hər şeyi yazmağa dəvət edib.
Müsahibə zamanı Tramp həmçinin İrana qarşı hərbi əməliyyatları daha da gücləndirməyi planlaşdırmadığını bildirib. "Mən buna can atmıram. Düşünmürəm ki, bunun üçün hər hansı səbəb var", - o deyib.
Jurnalistin İranın hələ də zənginləşdirilmiş uran ehtiyatlarına sahib olub-olmaması ilə bağlı şərhinə cavab olaraq Tramp iddia edib ki, ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində onlar dağıntılar altında basdırılıb.
"O, minlərlə ton qayanın altında basdırılıb", - ABŞ Prezidenti əlavə edib.
Oxşar xəbərlər
İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı
"Dəniz blokadası və silahlı münaqişə davam etdiyi müddətcə İran və ABŞ arasında danışıqlar mümkün deyil". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İran X...