Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin şimalında - Taiyuan şəhərində yerləşən yaşayış binasında baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu bildirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Çinin "Sinxua" dövlət agentliyi məlumat yayıb.
Yanğın bazar günü saat 17:00 radələrində Şansi əyalətinin Taiyuan şəhərində yerləşən yaşayış binasında baş verib.
Agentlik bildirib ki, ümumilikdə 38 nəfər tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb. Onlardan beşi həyatını itirib. Bazar ertəsi səhər saatlarında isə ölənlərin sayının 14 nəfərə çatdığı açıqlanıb.
Məlumata görə, yanğın bazar günü söndürülüb, axtarış-xilasetmə əməliyyatları isə başa çatdırılıb. Yanğının başvermə səbəbi araşdırılır.
Oxşar xəbərlər
Şuşaya bayraq sancan polkovnik unuda bilmədiyi anları danışdı
Baku TV-nin "Aydın tarix" verilişinin yeni buraxılışında Vətən müharibəsi iştirakçısı, polkovnik Rəşad Aslanov Şuşanın azad edilməsi və Zəfər Günü ilə bağlı xat...