Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi vəzifəli şəxs imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş.
Belə ki, o, "Azərişıq" ASC-nin idarələrinin birində sahə rəisi vəzifəsində çalışırdı.
*** 11:33
Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.
1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan şərabının tıxacından "Armenian Wine" yazısı çıxdı
Azərbaycan istehsalı olan "Xankəndi Xindoqnı" markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində "Armenian Wine" (Erməni şərabı) yazısı əks olunub. B...