İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda səkini parkinqə kim çevirib? - AYNA-dan AÇIQLAMA
Bakının Nəsimi rayonu, İmran Qasımov küçəsində parklanma ilə bağlı narazılıq yaranıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki,...