Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib. Naməlum şəxs məclis iştirakçılarına məxsus 4 mobil telefonu ələ keçiriblər.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə oktyabrın 26-da Xırdalanda yerləşən "Abşeron" şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, oğurlanan telefonlardan 3-ü "iPhone", digəri isə başqa markaya məxsus olub. Hadisəni törədən şəxsin məclisin qonağı olmadığı, naməlum şəxslər olduğu bildirilir.
Bildirilir ki, oğurluqla bağlı elə həmin gün polisə müraciət edilib. Hadisənin şadlıq sarayının müşahidə kameralarına da düşdüyü qeyd edilir.
Oxşar xəbərlər
Sabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun...