Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO

Qazaxda yanan avtomobili belə söndürdülər - VİDEO
Video
Hadisə 1

Qazaxda avtomobil yanıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus "QAZ-24" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Bulvarda ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə  BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildiril...

10 Hadisə 11:27 10 noyabr 2026

Son xəbərlər