İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərin satışına şamil olunacaq.
Layihədə qeyd olunan üç il isə vergi güzəştinin tətbiq müddətidir. Vüqar Bayramov hesab edir ki, bu güzəşt alıcılar üçün daha sərfəli təkliflərin yaranmasına imkan verəcək:
"Bu o deməkdir ki, yeni ildən etibarən ikinci əl avtomobillərlə bağlı nəzərdə tutulan dəyişiklik qüvvəyə minəcək. Vergi güzəştinin üç il müddətinə tətbiq edilməsi avtomobillərin satış xərclərinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində həmin avtomobillərin alıcılara daha aşağı qiymətə təklif olunması ilə nəticələnə bilər".
Oxşar xəbərlər
Sabah Bakıya və rayonlara yağış yağacaq
Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında...