Sabah Bakıya və rayonlara yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda noyabrın 11-də yağış yağacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək.Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə2-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
Azərbaycan aqrar məhsul istehsalını daha 3 il müddətinə ƏDV-dən azad edəcək
Azərbaycanda istehsal olunan (o cümlədən, sənaye üsulu ilə) kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyənin daha 3 il müddətinə - 2029-cu ilin sonuna qəd...