Azərbaycan XİN Polşaya başsağlığı verib

Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 9

Azərbaycan Xarici İşlər Nazirliyi Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş vermiş atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.

Son xəbərlər