Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalyada keçirilən COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunu ziyarət edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, vitse-prezident pavilyonla tanış olub, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
C.Yılmaz Türkiyənin COP31-ə hazırlıq prosesində Azərbaycanın COP29-un təşkili zamanı qazandığı təcrübədən yararlanmasının əhəmiyyətini vurğulayıb və bu sahədə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
O, Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını qeyd edərək, əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini və inkişaf etməsini arzulayıb.
Qalereya
Oxşar xəbərlər
Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək
Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında...