Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı

Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı
Foto
Dünya 60

ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin rəhbəri Censen Huanq şəxsi həyatı ilə bağlı etirafı ilə gündəmə gəlib. Milyarder həyat yoldaşına xəyanət etdiyini etiraf edərək ailəsindən üzr istəyib.

BAKU.WS xəbər verir ki, 63 yaşlı Huanq bu barədə şirkət əməkdaşlarına ünvanladığı məktubda yazıb. Onun etirafı Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən biznesmen Elis Huanqla münasibətləri ətrafında yaranan müzakirələr fonunda yayılıb.

Milyarder həyat yoldaşı Lori və övladlarına yaşatdığı ağrılara görə peşman olduğunu bildirib. O, hərəkətlərinə bəraət qazandırmadığını, ailəsinin etimadını zamanla yenidən qazanmağa çalışacağını vurğulayıb.

Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı

Qeyd olunur ki, Elis Huanq Censen Huanqla eyni soyadı daşısa da, onun qohumu deyil. Sinqapurda fəaliyyət göstərən "Megaspeed" şirkətinin keçmiş rəhbərlərindən olan qadının Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunur.

"New York Times"ın məlumatına görə, ABŞ kəşfiyyatının məxfi hesabatında Elis Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən məlumat toplamaq məqsədilə cəlb edildiyi qeyd olunub. Onun "Nvidia" rəhbəri ilə yaxınlığından və işgüzar əlaqələrindən istifadə edərək şirkətə aid məlumatları əldə edə biləcəyi ehtimal edilir. Bu iddiaların təfərrüatları isə hələlik açıqlanmayıb.

Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı

"Nvidia"nın direktorlar şurası məsələ ilə bağlı müstəqil araşdırmaya başlayıb. Şirkət rəhbərliyi hazırda milli təhlükəsizliyə və ya kommersiya sirlərinə təhlükə yarandığını düşünmək üçün əsas olmadığını bildirib. Censen Huanq da araşdırmaya tam dəstək verəcəyini açıqlayıb.

Qeyd edək ki, "Nvidia" 4,83 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən böyük şirkətləri sırasında yer alır və bu göstəriciyə görə yalnız "Apple"dan geri qalır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər