Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.
Qeyd edək ki, buna qədər Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə koordinasiya görüşü olub. Görüş Rusiya ilə planlaşdırılan üçtərəfli danışıqlardan əvvəl keçirilib.
Görüşdə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın, eləcə də NATO və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. ABŞ tərəfini isə xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner təmsil edib.
Oxşar xəbərlər
ABŞ İranın 9 milyard dollarını qaytarır? - Razılaşmanın ŞƏRTLƏRİ
ABŞ və İran arasında pərdəarxası diplomatik təmaslar yenidən qızışıb. Vaşinqton və Tehran dondurulmuş aktivlərin azad olunması, uranın zənginləşdirilməsi səviyy...