Fransanı yenidən ümumxalq etirazları bürüyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın həmkarlar ittifaqları noyabrın 17-də ölkə üzrə yeni ümumxalq tətilinin keçirilməsinə çağırış edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumi Əmək Konfederasiyasının (CGT) rəhbəri Sofi Bine bildirib.
Bazar ertəsi yayılan bəyanata əsasən, dövlət sektoru işçilərinin həmkarlar ittifaqlarından ibarət koalisiya artıq gələn çərşənbə axşamı səfərbərlik və tətil elan edilməsinə çağırıb. Onların əsas tələblərindən biri əməkhaqlarının artırılmasıdır.
"Maaşlar artırılmadığı, tələblərimizə cavab verilmədiyi müddətdə etiraz aksiyaları davam edəcək. Hazırda hər yerdə danışıqlara başlamaq lazımdır. Bu danışıqlar əməkhaqlarının artırılması ilə nəticələnməlidir", – deyə o bildirib.
S.Bine hakimiyyətin 2026-cı il dekabrın 1-dən minimum əməkhaqqını 23 avro artırmaq qərarından narazılığını ifadə edib. Halbuki 2027-ci il yanvarın 1-dən minimum əməkhaqlarının 18 avro indeksləşdirilməsi də nəzərdə tutulub.
O xatırladıb ki, Fransanın iqtisadiyyatının 200 sahəsindən 122-də minimum əməkhaqqı hələ də rəsmi minimum əməkhaqqı səviyyəsindən aşağıdır. İttifaq rəhbəri hökumətdən belə müəssisələri 2028-ci ili gözləmədən, daha erkən müddətdə əməkhaqlarını artırmağa məcbur etmək üçün tədbirləri sürətləndirməyi tələb edib.
Oxşar xəbərlər
Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub
Türkiyədə 4,6 maqnitulalı zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Qeyd olunub ki, yeralt...