Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
10
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda işsizlikdən sığorta haqqının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu, "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi haqqında layihəsində öz əksini tapıb.
Sənədə əsasən, hər ay üçün hesablanmış sığorta haqqı sığortaedən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında sığortaçıya ödəniləcək.
Oxşar xəbərlər
Dekabr ayında neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşları 9 qeyri-iş günü gözləyir. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müd...