Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçə "Dostluq" ordeni təqdim olunub.
BAKU.WS xəbər verir ki, ordeni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov səfirə təqdim edib.
Görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.
Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu iki ölkə arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.
Oxşar xəbərlər
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib. BAKU.WS xəbər verir ki, bu barədə nazirlik...