Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib.
Bu barədə BAKU.WS-ə BDYP-dən məlumat verilib.
Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb:
"Xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir. Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur. Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".
BDYP sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.
Oxşar xəbərlər
Azərbaycanda işsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Azərbaycanda işsizlikdən sığorta haqqının yalnız nağdsız formada ödənilməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bu, "İşsizlikdən sığorta haqqında" qanunda...