Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsinin ciddi olmadığı bildirilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 18 yaşlı hücumçu "Karrareze" ilə son çempionat matçında ayağının üst hissəsindən zədə alıb.
Futbolçunun durumuna əlavə müayinələrdən sonra aydınlıq gələcək. Bununla belə, "Sampdoriya"da ilkin qiymətləndirmə nikbindir və zədənin ağır olmadığı ehtimal edilir.
Qeyd edək ki, Mezzoteronun zədələnməsi onun Azərbaycan millisində debütünü təxirə salıb. O, noyabrın 9-da yığmanın heyətindən çıxarılıb. Hücumçunun əvəzinə "Araz-Naxçıvan"ın üzvü Ağadadaş Salyanski milliyə çağırılıb.
Xatırladaq ki, Ayxan Abbasovun komandası noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteynlə, üç gün sonra isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub. BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər...