Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb
Foto
İdman 17

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi qarşılaşmanın keçiriləcəyi tarix və saat bəlli olub.

BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, I Liqanın VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları bu arenada üz-üzə gələcəklər.

Qarşılaşma noyabrın 19-da saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Xankəndi" klubu bundan sonra ev oyunlarını da bu stadionda keçirəcək. MOİK-in Xankəndi şəhər stadionundan istifadəsinə isə qış fasiləsindən sonra başlanılması nəzərdə tutulur.

Xankəndi stadionunda ilk rəsmi oyunun vaxtı açıqlanıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər