Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub

Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub
İdman 15

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çempion olub.

Bu barədə BAKU.WS-ə Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adına yiyələniblər. Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər