"Kəlbəcər" tankeri əsaslı təmir olunub
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Kəlbəcər" tankerinin ilk əsaslı təmiri başa çatıb.
Bu barədə BAKU.WS-ə ASCO-dan məlumat verilib.
Bildirilib ki, Xəzərdənkənar sularda fəaliyyət göstərən gəminin təmiri Türkiyənin Tuzla təmir bölgəsində yerləşən "Kuzey Star" tərsanəsində həyata keçirilib.
Proses çərçivəsində tankerin baş mühərrikləri, qazanı, kompressorları, eləcə də digər mexanizm və sistemləri yoxlanılaraq təmir edilib. Gəminin gövdəsində köhnə boya örtüyü təmizlənib, qaynaq və rənglənmə işləri aparılıb.
Məlumata əsasən, təmirdən sonra zəruri sınaqlardan uğurla keçən tanker yenidən beynəlxalq yükdaşımalara cəlb olunub. "Kəlbəcər" ilk reysini Burqas–Kulevi limanları arasında həyata keçirib.
Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunan gəmi saatda 10 uzel sürətlə hərəkət edir. Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan tankerin dedveyti 7 786 tondur.
Gəmi 2021-ci il sentyabrın 10-da istismara verilib və həmin vaxtdan Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.
Oxşar xəbərlər
Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 4,6 milyonluq layihənin DETALLARI
Gəncədə şəhər mühitinin yaxşılaşdırılması, ictimai məkanların yenilənməsi və yaşayış ərazilərinin daha əlverişli vəziyyətə gətirilməsi istiqamətində genişmiqyas...