Gəncə sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 4,6 milyonluq layihənin DETALLARI
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə şəhər mühitinin yaxşılaşdırılması, ictimai məkanların yenilənməsi və yaşayış ərazilərinin daha əlverişli vəziyyətə gətirilməsi istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, işlər Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən icra ediləcək.
Layihə üzrə ehtimal olunan ümumi dəyər 4 milyon 690 min manat təşkil edir.
Nəzərdə tutulan işlər şəhərin küçə və prospektlərini, parklarını, eləcə də mənzil-kommunal təsərrüfatının balansında olan binaların ətrafındakı məhəllələri əhatə edir.
Görüləcək işlərin əsas əhəmiyyəti şəhər infrastrukturunun yaxşılaşdırılması, ictimai ərazilərin daha səliqəli və rahat vəziyyətə gətirilməsi, sakinlərin gündəlik yaşayış şəraitinin yüksəldilməsidir. Xüsusilə parkların və məhəllədaxili ərazilərin abadlaşdırılması şəhərin ümumi görünüşünə və ictimai məkanlardan istifadə imkanlarına müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
"Kəlbəcər" tankeri əsaslı təmir olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Kəlbəcər" tankerinin ilk əsaslı təmiri başa çatıb. Bu barədə BAKU.WS-ə ASCO-dan məlumat verilib. Bildi...