Telefonlar POS-terminala çevriləcək - Deputat detalları AÇIQLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Elektron ticarət sahəsində nəzərdə tutulan yeni qanun dəyişiklikləri sahibkarların xərclərini azalda və nağdsız ödəniş imkanlarını genişləndirə bilər.
BAKU.WS-in məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, təklif olunan dəyişikliklər parlamentdə qəbul ediləcəyi təqdirdə, lazımi proqram təminatı ilə təchiz edilmiş mobil telefonlardan POS-terminal kimi istifadə etmək mümkün olacaq.
Deputatın sözlərinə görə, bu yenilik xüsusilə mikro və kiçik sahibkarlar üçün əhəmiyyətlidir:
"Belə ki, ödənişləri qəbul etmək üçün ayrıca POS-terminal avadanlığı almağa ehtiyac qalmayacaq. Nəticədə sahibkarların əlavə xərcləri azalacaq, nağdsız hesablaşmaların təşviqi üçün yeni imkanlar yaranacaq".
Vüqar Bayramov qeyd edib ki, qanun layihəsi elektron ticarət qaydalarının müasirləşdirilməsini, ödəniş mexanizmlərinin təkmilləşdirilməsini və müqavilələrin elektron formada təsdiqlənməsini də nəzərdə tutur.
Deputatın fikrincə, bu dəyişikliklər elektron ticarət dövriyyəsinin genişlənməsinə, sahibkarlıq fəaliyyətinin asanlaşmasına və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycanlıların axın etdiyi ölkələr məlum oldu - QİYMƏTLƏR belə dəyişir
Səyahət etmək və istirahət üçün xarici ölkələrə üz tutan azərbaycanlıların seçimləri mövsümə, büdcəyə və turizm imkanlarına görə dəyişir. BAKU.WS-in məlumatına...