10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib?

10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib?
Video
Sosial 26

Gəncədə fabrik ərazisində qanunsuz olaraq 12 fərdi yaşayış evinin tikildiyi iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin qaynar xəttinə müraciət edən Gəncə sakini, sahibkar Turan Ak məlumat verib.

Onun sözlərinə görə, evlərin tikildiyi torpaq sahəsi şirkətin balansından çıxarılmayıb və torpağın təyinatı dəyişdirilməyib. Sahibkar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin şikayətlərinin nəticəsiz qaldığını bildirib.

Turan Akın sözlərinə görə, o, 2020-ci ilin sentyabrında Azərbaycan vətəndaşı Rahib Babayevlə birlikdə "Ulusoy Group" MMC-ni yaradıb. Həmin vaxt Turan Ak avadanlıqlarını, Rahib Babayev isə mübahisəli torpaq sahəsini şirkətin nizamnamə kapitalına qoyub.

Sahibkar iddia edir ki, 2025-ci ilin sonunda Rahib Babayevin şirkətin ümumi yığıncağının qərarı olmadan torpaq sahəsini nəvəsinə bağışladığını öyrənib. Daha sonra ərazi 10 hissəyə bölünüb və orada yaşayış evlərinin tikintisinə başlanılıb.

Rahib Babayev Turan Akın onun barəsində səsləndirdiyi iddialara münasibət bildirəcəyini desə də, sonradan telefon zənglərinə cavab verməyib.

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə ünvanlanan sorğu da cavabsız qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər