Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" yaşayış kompleksinin yaxınlığında yerləşən və 4 saylı məktəbə aparan yoldakı iri dəmir dirək hər an aşmaq təhlükəsi ilə üz-üzədir.
Dirəyin ətrafındakı torpağın boşalması onun dayanıqlılığını itirməsinə səbəb olub. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, problem uzun müddətdir davam edir.
Yağışlı havalarda isə dirəyin dibindəki torpaq daha da boşalır və aşma riski artır. Vəziyyət xüsusilə məktəblilərin təhlükəsizliyi baxımından narahatlıq doğurur. Belə ki, hər gün yüzlərlə şagird bu yoldan istifadə edərək dərsə gedib-gəlir.
Şagirdlər təhlükəli dirəyin yanından keçərkən qorxduqlarını, hətta riskdən yayınmaq üçün palçıqlı alternativ yollardan istifadə etdiklərini bildirirlər.
Ərazidə çoxmərtəbəli yaşayış binalarının da yerləşməsi yolu gün ərzində insanların intensiv istifadə etdiyi istiqamətlərdən birinə çevirir. Qarşıdan yağışlı, qarlı və küləkli hava şəraitinin gəlməsi isə vəziyyəti daha da riskli edir. Sakinlər aidiyyəti qurumların problemin aradan qaldırılması üçün tədbir görməsini gözləyirlər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar
Bakıda sürücülər piyada keçidindəki maneələri sındıraraq avtomobillərini park edirlər. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. Atatürk parkından Ayna Sultano...