Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən danışıqlarda genişmiqyaslı əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Ukrayna xidməti Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, əsirlərin dəyişdirilməsi yaxın gələcəkdə baş tuta bilər.
Qeyd edək ki, noyabrın 10-da Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Dörd saatdan çox davam edən görüşlərin noyabrın 11-də davam etdirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu
Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə görüş keçiriblər. BAKU.WS xəbər verir ki, Yelisey sarayında baş tutan görüşdə...