Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sürücülər piyada keçidindəki maneələri sındıraraq avtomobillərini park edirlər.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Atatürk parkından Ayna Sultanova parkına çıxış hissəsində piyada keçidi sürücülər tərəfindən zəbt edilib.
Ərazidə avtomobillərin park edilməsindən sonra çoxsaylı şikayətlər əsasında keçidə maneələr qoyulsa da, sürücülər həmin maneələri bilərəkdən sındırıblar. Nəticədə, avtomobillər yenidən piyada keçidində park edilir.
Mövcud vəziyyət piyadaların hərəkətini çətinləşdirir. Ərazidən uşaq arabası ilə keçmək istəyən sakinlər belə, avtomobillərə görə başqa yol axtarmağa məcbur olurlar.
Oxşar xəbərlər
Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar
Xırdalan şəhərinin mərkəzində tikinti şirkəti hasar çəkmək üçün səkiyə dəmir dirəklər basdırıb. Hadisə Nizami küçəsində yerləşən 11 saylı məktəbin arxasında baş...