Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ana ölümləri ilə bağlı statistika narahatedici mənzərə ortaya qoyur. Ötən il 26 belə fakt qeydə alınıb.
Diqqətçəkən məqamlardan biri də şəhər və kənd ərazilərində bu rəqəmlərin dəyişməsidir.
Belə ki, şəhər ərazisində hər yüz min diridoğulana düşən ana ölümü bir il ərzində 12-dən 22-yə yüksəlib. Kəndlərdə isə bu rəqəm 43-dən 32-yə düşüb.
Bəs, ana ölümlərinin əsas səbəbləri nələrdir?
Tibb məsələləri üzrə ekspert Adil Qeybullanın sözlərinə görə, burada başlıca amillərdən biri hamiləlikdən öncə ananın səhhətinin düzgün qiymətləndirilməməsidir:
"Ana ölümləri ciddi araşdırılmır. El dili ilə desək, meyit "yarılmalı" və dəqiq səbəb bilinməlidir.
Dünyanın hər yerində hamiləlik planlaşdırılır və ananın səhhətinin buna uyğun olub-olmaması müəyyən edilir".
Daha ətraflı Xəzər Xəbərin videomaterialında:
Oxşar xəbərlər
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
Gəncədə 84 yaşlı kişi itkin düşüb. Astara rayonunun Kakalos kənd sakini Mirzəcan Hüseynov noyabrın 8-də ailə üzvləri ilə birlikdə Gəncədə yerləşən hərbi hissələ...