"JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının kommunal təsərrüfat sahəsində milyonlarla manatlıq borc məsələsi yenidən gündəmə gəlib.
Məlum olub ki, paytaxtın 7 rayonu üzrə mənzil kommunal birliklərinin dövlətə ümumilikdə 24 milyon manat borcu var.
Ən çox borc Binəqədi rayonunun, ən az isə Qaradağ rayonunun payına düşür.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mənzil kommunal idarələri vətəndaşlardan onlara məxsus mənzillərin sahəsinə uyğun olaraq minimal kommunal ödəniş toplayırlar.
Həmin vəsait hesabına sakinlərin yaşadıqları ərazidə məişət tullantılarının təmizlənməsi və daşınması kimi proseslər həyata keçirilir.
Deputat Vüqar Bayramov yaranmış borclarla bağlı danışıb:
"Gələn ildən "JEK"lərin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülə bilər.
Bu da öz növbəsində onların məsuliyyətinin və vergi borclarının artmasının qarşısının alınmasına təsir edə bilər".
Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:
Oxşar xəbərlər
Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. BAKU.WS Xitab24.az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Gəra...