Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm"

Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: Geri çəkilməyəcəyəm
Dünya 28

Ukrayna Prezidenti Volodimir Zelenski Donbas ərazisindən Rusiyanın xeyrinə imtina etməyəcəklərini bəyan edib.

BAKU.WS xəbər verir ki, Zelenski bu barədə Danimarkaya səfəri zamanı "DR Nyheder"ə müsahibəsində danışıb.

O bildirib ki, Ukrayna Donbasdan geri çəkilərsə, Rusiya gələcəkdə daha da irəliləyərək ölkənin digər ərazilərini də işğal edə bilər.

Zelenski ABŞ-nin bu məsələdə hansı mövqedə olacağını bilmədiyini də vurğulayıb. O, həmçinin Avropanın vahid mövqeyini qoruyub saxlaya biləcəyinə dair qeyri-müəyyənlik olduğunu qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər