Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
Yeniliklərdən dərhal xəbərdar olun
Energetika naziri Pərviz Şahbazov Antalyada "Dəyişən qlobal şəraitdə enerji keçidinin formalaşdırılması" mövzusunda keçirilən IEA-COP31 Energetika Nazirlərinin Dialoqunda çıxış edib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, nazir elektrikləşmənin enerji keçidində yeni mərhələ açdığını, həm enerji istehsalını, həm də iqtisadiyyatda enerjinin istehlak modelini dəyişdirdiyini bildirib.
Şahbazov bu prosesin bütün enerji sisteminə sərmayə qoyuluşu tələb etdiyini vurğulayıb. O, enerji istehsalının, elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin paralel inkişaf etdirilməsinin, eləcə də regional bağlantıların genişləndirilməsinin vacibliyini qeyd edib.
Nazir COP31-in gündəliyində yer alan hədəfə - 2035-ci ilədək elektrik enerjisinin son enerji istehlakındakı payını 35 faizə çatdırmağa da toxunub. O bu hədəfə çatmaq üçün infrastrukturun inkişafının, maliyyə vəsaitlərinə çıxışın və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Şahbazov bildirib ki, Azərbaycan bərpaolunan mənbələrdən enerji istehsalını inkişaf etdirməklə paralel olaraq elektrik şəbəkələrini modernləşdirir və enerji saxlama sistemləri qurur.
Nazir Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüslərinin daha geniş coğrafiyada etibarlı və sərfəli elektrikləşməyə imkan yaratdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə bir neçə qadının pul müqabilində spirtli içki içdiyi görüntülərə münasibət bildirib. BAKU.WS xəbər verir ki, o, payla...