Marko Yankoviç "Qarabağ"dan gedir? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Marko Yankoviç yaxın müddətdə "Qarabağ"ı tərk etməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubundan "Apa"a məlumat verilib.
31 yaşlı futbolçunun komandadan ayrılacağı barədə yayılan xəbərlərin əsassız olduğu bildirilib.
Klub futbolçunun hazırda qüvvədə olan müqaviləsinin mövcudluğunu vurğulayaraq, onun gələcəyi ilə bağlı iddiaları təkzib edib:
"Marko Yankoviçin "Qarabağ" FK-dan ayrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Futbolçunun klubumuzla qüvvədə olan müqaviləsi var. Hazırda transfer pəncərəsinin də açıq olmadığını nəzərə alsaq, bu xəbərlərin heç bir əsası yoxdur".
Qeyd edək ki, son günlər mətbuatda "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrılacağı ilə bağlı müxtəlif iddialar yayılıb.
Oxşar xəbərlər
AFFA rəsmisi Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. Bu barədə BAKU.WS-ə AFFA-nın mətbuat xidmətindən məlum...