Bakıda səkini parkinqə kim çevirib? - AYNA-dan AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonu, İmran Qasımov küçəsində parklanma ilə bağlı narazılıq yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə bəzi sürücülər maşınlarını səkidə park edirlər. Hətta şikayətçi iddia edir ki, AYNA səkiyə zolaq çəkərək parklanma təşkil edib.
Məsələ ilə bağlı AYNA-ya müraciət ünvanladıq. Bildirildi ki, sözügedən ərazidə parklanma yerləri dövlət avtomobil yolunun kənarında təşkil edilib, müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
"Ərazidəki avtomobillər isə dayanma-durma qaydalarını pozaraq parklanma yerlərində deyil, səkidə saxlayıb. Avtomobil sahiblərini parklanma yerlərindən düzgün istifadə etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi vəzifəli şəxs imiş
Lənkəranda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Az...