Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
Yeniliklərdən dərhal xəbərdar olun
Pirşağı–Novxanı–Xırdalan–M-4 avtomobil yolunun təxminən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11,5 kilometrlik hissəsində isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20–30 % azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, mövcud magistral yolların yükünün azalmasına şərait yaranacaq.
Ümumi uzunluğu təxminən 29 kilometr olan yeni avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub.
Layihə çərçivəsində körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpülərdə işlər yekunlaşma mərhələsinə çatıb, digər qurğularda isə tikinti işləri aparılır.
Oxşar xəbərlər
Azərbaycanlıların axın etdiyi ölkələr məlum oldu - QİYMƏTLƏR belə dəyişir
Səyahət etmək və istirahət üçün xarici ölkələrə üz tutan azərbaycanlıların seçimləri mövsümə, büdcəyə və turizm imkanlarına görə dəyişir. BAKU.WS-in məlumatına...