Astarada mikroavtobus aşdı: 10-a yaxın yaralı var

Astarada mikroavtobus aşdı: 10-a yaxın yaralı var
Hadisə 11

Astara rayonunda mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib.

Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.

İlkin məlumata əsasən, mikroavtobusda olan 20-yə yaxın sərnişindən təxminən 10-u müxtəlif dərəcəli xəsarətlər alaraq Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına çatdırılıblar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər