Sorğuda iştirak edən amerikalıların 71%-i İranla müharibənin bitməsini istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ vətəndaşlarının böyük əksəriyyəti Konqresin İranla müharibənin dayandırılması istiqamətində addımlar atmasını istəyir. Respondentlər, həmçinin gömrük rüsumlarının ləğvini və yaşayış xərclərinin azaldılmasını prioritet hesab edirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters/Ipsos"un keçirdiyi sorğunun nəticələrində bildirilib.
Sorğuya əsasən, amerikalıların 71%-i Konqresin ABŞ Prezidenti Donald Tramp və İsrailin fevral ayında başladığı İranla münaqişəyə son qoyacaq qanun qəbul etməsini dəstəkləyir. Bu mövqedə olanların 93%-i demokratlar, 51%-i isə respublikaçılardır.
Respondentlərin 62%-i Tramp administrasiyasının idxal məhsullarına tətbiq etdiyi gömrük rüsumlarının ləğvini dəstəkləyəcəyini bildirib. Sorğu iştirakçılarının 90%-i isə yeni Konqresin ilk 100 günündə yaşayış xərclərinin azaldılmasının əsas prioritet olmasını istəyir.
Sorğuda iştirak edənlərin 42%-i Konqresin Trampın impiçmentinə cəhd etməsini ölkə üçün mənfi addım hesab edib. 33% isə belə bir təşəbbüsün müsbət nəticə verəcəyini düşünür.
Araşdırma ABŞ üzrə 1705 yetkin şəxsin iştirakı ilə internet üzərindən keçirilib. Sorğunun statistik xəta payı təxminən 2 faiz bəndi təşkil edir.
Sorğunun nəticələrinə görə, Donald Trampın ictimai dəstək səviyyəsi 32%-ə düşüb. Demokratlar barədə müsbət fikirdə olanların göstəricisi 45%, respublikaçılarla bağlı isə 35% olub.
Oxşar xəbərlər
BMT-nin Baş katibi Bakıda COP29-un yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirməyə çağırıb
BMT-nin Baş katibi Antonio Quterreş 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 iqlim konfransının yekunları üzrə qəbul edilmiş razılaşmaları yerinə yetirmə...