Zelenski: Rusiya Donbasdakı vəziyyətlə bağlı danışıqlarda yanlış məlumat verib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Əbu-Dabidə keçirilən danışıqlarda Donbasdakı hərbi vəziyyəti təhrif etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində danışıqların yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndələri Ukraynanın nəzarətində olan Donbas ərazilərinin yarısını ələ keçirdiklərini iddia ediblər. Kiyev isə bu məlumatı foto, video və digər sübutlarla təkzib edib.
Zelenski ABŞ tərəfinin də döyüş meydanındakı vəziyyətlə bağlı Ukraynanın mövqeyini təsdiqlədiyini vurğulayıb. O, fikir ayrılıqlarının aradan qaldırılması üçün danışıqların dövlət başçıları səviyyəsində keçirilməsinin vacibliyini qeyd edib.
Ukrayna lideri noyabrın 11-də tərəflərin yüksək səviyyəli görüşün təşkili məsələsini müzakirə edə biləcəyini də bildirib.
Oxşar xəbərlər
NYT: ABŞ Venesuela neftinin satışından 12,26 milyard dollar qazanıb
ABŞ 2026-cı ilin ilk doqquz ayı ərzində Venesuelanın neft ixracı və təbii sərvətlərinin satışından 12,26 milyard dollar gəlir əldə edib. BAKU.WS xəbər verir ki,...