Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Foto
Digər 170

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış.

Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, lakin halı daha da pisləşib və təcili tibbi yardım çağırılıb.

Şöbə rəisi xəstəxanaya aparılarkən yolda vəfat edib.

*** 09:52

Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi Cahangir Alıyev vəfat edib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, qəfil ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Cahangir Alıyev əvvəllər uzun müddət Bərdədə çalışıb. Sonra isə Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində işləyib.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər