Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək – 2000 AZN kompensasiya...
Yeniliklərdən dərhal xəbərdar olun
"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, proses çərçivəsində ümumilikdə 40-a yaxın binanın sökülməsi, təxminən 1 500 mənzilin isə bu tədbirləri əhatə etməsi gözlənilir:
"İlkin mərhələdə 21-ci və 29-cu məhəllələr, 2-ci mikrorayon, 17-ci məhəllə və 5-ci məhəllədə yerləşən Kimyaçılar yaşayış massivindəki qəzalı binaların sökülməsi planlaşdırılır. Növbəti mərhələlərdə digər ərazilərdə də işlərin davam etdirilməsi nəzərdə tutulur. Artıq söküntü prosesinə daxil ediləcək binalarda inventarizasiya işləri aparılıb.
Mənzillərə görə ödəniləcək kompensasiyanın məbləği də sakinləri maraqlandıran əsas məsələlərdəndir. İlkin müzakirələrdə hər kvadratmetr üçün 1 500-2 000 manat aralığında rəqəmlər səsləndirilsə də, yekun məbləğin mənzilin yerləşdiyi ərazi və digər amillərdən asılı olaraq dəyişməsi mümkündür".
AQC sədri əlavə edib ki, Sumqayıtda nəzərdə tutulan söküntü və yenidənqurma işləri şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Bu proses yalnız köhnə yaşayış fondunun yenilənməsi deyil, həm də şəhərsalma infrastrukturunun müasirləşdirilməsi, torpaq resurslarından daha səmərəli istifadə və müasir yaşayış mühitinin yaradılması üçün yeni imkanlar formalaşdırır.
Sumqayıtın Bakıdan sonra ölkənin əsas yaşayış və iqtisadi mərkəzlərindən biri olması bu layihələrin əhəmiyyətini daha da artırır. Qəzalı binaların yerində müasir yaşayış komplekslərinin inşası, ərazilərin abadlaşdırılması və infrastrukturun yenilənməsi şəhərin memarlıq görünüşündə ciddi dəyişikliklərə səbəb ola bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sahil Babayev: "2027-ci il dövlət büdcəsində güzəştlər iqtisadi və sosial meyarlara əsaslanır"
Gələn il tətbiqi nəzərdə tutulan vergi və gömrük güzəştlərinin ümumi məbləği kifayət qədər böyükdür. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naz...