Qırmızıbazar kəndində mina hadisəsi baş verib
11
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN)
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Oxşar xəbərlər
Astarada 10-dan çox yaralının olduğu qəzanın səbəbi müəyyənləşdi: Adlar məlum oldu
Bu gün, saat 09:45-də Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub....