Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Los-Anceles şəhərində süni intellekt vasitəsilə yaradılan musiqi əsərlərinin və onların ərsəyə gəlməsində iştirak edən şəxslərin mükafatlandırıldığı "AI Music Awards"un ilk təqdimat mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, əsas mükafatların sahibi virtual R&B ifaçısı Hania Monet olub. Onun mahnısı "Billboard"un radio çartlarına daxil olan ilk süni intellekt bəstəsi kimi tarixə düşüb.
Hania Monet üç əsas kateqoriyada - "İlin ifaçısı", "İlin mahnısı" və "İlin albomu" nominasiyalarında qalib gəlib.
Virtual ifaçı obrazını Telişa "Nikki" Cons yaradıb. O, mahnıların sözlərini özü yazır, daha sonra isə süni intellektin köməyi ilə onları musiqi əsərlərinə çevirir.
Qeyd edək ki, layihənin "How Was I Supposed to Know?" mahnısı "Billboard"un radio çartına daxil olduqdan sonra musiqi sənayesinin diqqətini cəlb edib.
Consun sözlərinə görə, süni intellekt vasitəsilə yaradılan musiqi dinləyicilərin alışmalı olacaqları yeni reallığa çevrilib. O, həmçinin bu istiqamətin yaxın gələcəkdə yox olmayacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı
Türkiyəli jurnalist və aparıcı Fulya Öztürk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb. BAKU....