Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Pilot olmaq yalnız təyyarəni idarə etməyi bacarmaq demək deyil. Bu peşə dərin nəzəri bilik, praktiki təcrübə və məsuliyyət tələb edir. Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzində də gələcəyin pilotları məhz bu prinsiplər əsasında yetişdirilir.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, peşəkar pilotların hazırlanması, onların bilik və bacarıqlarının inkişafı istiqamətində fəaliyyət göstərən Mərkəz "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən təsis olunub. 24 oktyabr 2024-cü il tarixində Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təsdiq edilən təlim təşkilatı sertifikatını əldə edib.
Mərkəzin baş ofisi Heydər Əliyev Beynəlxalq Aeroportunda, təlim bazası isə Qəbələ Hava Limanında yerləşir.
Mediatur çərçivəsində jurnalistlərə təlim bazasının fəaliyyəti ilə yerində tanış olmaq imkanı yaradılıb. İlkin pilot hazırlığının mərhələləri və 10 günlük bilik və bacarıqların yenilənməsi kursu barədə məlumat verilib.
Qəbələ Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəis müavini Seymur Quliyevin sözlərinə görə, hazırda Mərkəzdə beş ədəd "Cessna" hava gəmisi var:
"Bu ilin sonunda bir ədəd "Cessna" hava gəmisinin gətirilməsi planlaşdırılır. Bu da təlim imkanlarımızın genişləndirilməsinə gətirib çıxaracaq və yerli kadrların hazırlanmasına töhfəsini verəcək".
Oxşar xəbərlər
Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki,...