Nurmaqomedovun həbsxanadakı saxlanma şəraiti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedovun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı həbsxanadakı mümkün şəraiti barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, "MMA Uncensored" kanalının X sosial şəbəkəsində yaydığı məlumata görə, idmançı Əbu-Dabidəki "Əl-Vatba" həbsxanasında saxlanıla bilər.
Bildirilib ki, həbsxanada məhbuslar 4-30 nəfərlik ümumi kameralarda yerləşdirilir. Tualet və duş otaqları da ümumidir. Məhbuslara gündə üç dəfə yemək verilir, telefon və internetdən istifadəyə isə icazə verilmir.
Qeyd edək ki, noyabrın 13-də Usman Nurmaqomedov Əbu-Dabidə baş verən insidentlə əlaqədar 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə zamanı onunla yanaşı daha 7 nəfər də həbs olunub.
İnsident RAF liqasının media günü zamanı baş verib. Merab Dvalişvili müsahibə verərkən Nurmaqomedov bir neçə nəfərlə ona yaxınlaşaraq zərbə endirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
UFC çempionu İslam Mahaçev isə Nurmaqomedovun bu addımını Dvalişvilinin daha əvvəl onun anasını təhqir etməsi ilə izah edib.
Bundan başqa, Nurmaqomedovun məhz "Əl-Vatba" həbsxanasında saxlanılması barədə məlumat rəsmi təsdiqini tapmayıb.
Oxşar xəbərlər
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq"
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşt...