Uill Smitin 28 yaşlı oğlu 82 yaşlı sevgilisi ilə görüntüləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Uill Smitin Ceyden Smit 82 yaşlı sevgilisi Mişel Lami ilə görüntülənib.
BAKU.WS xəbər verir ki, cütlük Paris küçələrində gəzərkən kameralara tuş gəlib.
Ceyden Smitlə Mişel Laminin səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələr yaradıb.
Belə ki, Ceyden 28, Mişel Lami isə 82 yaşındadır.
Ceyden açıqlamalarından birində münasibəti barədə "Onunla tanış olanda bütün həyatım dəyişdi. Hamı aramızdakı yaş fərqinə mənfi reaksiya verir. Lakin mən bunu aramızdakı əngəl kimi görmürəm" sözlərini söyləyib.
Məlumat üçün bildirək ki, Mişel Lami 1944-cü ildə doğulub. O fransalı rəssam və stil ikonasıdır. Qızılı örtüklü dişləri, qara rəngə boyanan barmaqları və əlləri ilə moda dünyasının ən diqqət çəkən simalarından biridir.
Mişel Lami, kosmetik cərrahiyyəyə qarşı çıxması ilə tanınır
Oxşar xəbərlər
Hande 2 milyonluq saatı ilə padel oynadı
Məşhur aktrisa Hande Erçel aksessuarı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, onun Dubayda kortda padel oynayarkən qolundakı bahalı saatı diqqət çəkib. Erçel...