2 saata 25 milyon qazanacaq MÜĞƏNNİLƏR - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il gecəsi səhnəyə çıxacaq türkiyəli məşhurların fantastik qonorarları açıqlanıb.
BAKU.WS xəbər verir ki, Türkiyə ilə yanaşı, Şimali Kipr Türk Respublikası və xarici ölkələrdəki əyləncə mərkəzlərində çıxış edəcək tanınmış müğənnilərin bağladıqları müqavilələrin məbləği böyük maraq doğurub.
Mediaya sızan məlumatlara görə, bəzi sənətçilər cəmi bir neçə saat davam edəcək bayram çıxışları müqabilində milyonlarla lirə qazanc əldə edəcəklər.
Ən çox qazananlar siyahısının zirvəsində isə üç məşhur ad qərarlaşıb.
Belə ki, Ebru Gündeş, Kenan Doğulu və Mahsun Kırmızıgülün dekabrın 31-i gecəsi Şimali Kiprin müxtəlif otellərində səhnə alacağı gözlənilir.
Hər üç sənətçinin təxminən iki saatlıq konsert proqramı üçün ayrı-ayrılıqda 25 milyon lirə qarşılığında razılığa gəldiyi bildirilir.
Bayram gecəsinin yüksək qonorarlı ulduzları sırasında Hadise və Yıldız Tilbe də yer alıb. Hər iki ifaçının konsert qiymətinin 22 milyon 600 min lirə olduğu iddia edilir.
31 dekabr 2026-cı il gecəsi üçün türkiyəli məşhurlaarın nəzərdə tutulan səhnə qonorarları və konsert məkanlarının siyahısı isə belədir:
Müğənni Kenan Doğulu: 25 milyon lirə - Şimali Kipr
Müğənni Ebru Gündeş: 25 milyon lirə - Şimali Kipr
Müğənni Mahsun Kırmızıgül: 25 milyon lirə - Şimali Kipr
Müğənni Yıldız Tilbe: 22 milyon 600 min lirə - Şimali Kipr
Müğənni Hadise: 22 milyon 600 min lirə - Şimali Kipr
Müğənni Edis: 20 milyon lirə - İstanbul
Müğənni Hande Yener: 20 milyon lirə - Şimali Kipr
Müğənni Gülşen: 20 milyon lirə - Şimali Kipr
Müğənni Sibel Can: 15 milyon lirə - Şimali Kipr
Müğənni Bülent Ersoy: 15 milyon lirə - Batum
Müğənni Özcan Deniz: 15 milyon lirə - Şimali Kipr
Müğənni Funda Arar: 12 milyon 500 min lirə - İstanbul
Müğənni Candan Erçetin: 12 milyon 500 min lirə - Şimali Kipr
Müğənni Sıla Gençoğlu: 12 milyon 500 min lirə - Antalya
Oxşar xəbərlər
Sərxan Kərəmoğlu: "Xaricdə ölsəm, cənazəmi Azərbaycana gətirən adam kafirdir!"
"Övladlarım burada yaşamırlar, mənim bir ayağım daim başqa ölkələrdədir. Mən demişəm ki, dünyanın istənilən yerində dünyamı dəyişə bilərəm. Əgər Rusiyada, Avrop...