Türkiyədə serial heyətinə hücum etdilər: "30 min verəcəksiniz, yoxsa boğazınızı kəsərik"

Türkiyədə serial heyətinə hücum etdilər: 30 min verəcəksiniz, yoxsa boğazınızı kəsərik
Video
Şou-biznes 21

İstanbulda hamını şoka salan hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, bir qrup şəxs Beykozda çəkilişləri reallaşan "Teşkilat" serialının heyətinə hücum edib.

Onlar yaradıcı heyətdən zorla "küçə haqqı", yəni pul tələb ediblər

Məlumata görə, hadisə yerinə gələn 4 nəfər özlərini layihənin yeni əməkdaşları kimi təqdim edərək çəkiliş meydançasına daxil olmağa cəhd göstərib.

Əraziyə buraxılmadıqlarını gördükdə isə çəkiliş heyətinə aqressiv davranaraq onları ölümlə hədələməyə başlayıblar.

Şübhəlilər çəkiliş qrupuna "Bu küçənin haqqını, yəni 30 000 lirə verəcəksiniz, yoxsa boğazınızı kəsərik" deyərək onlardan 30 000 lirə pul tələb ediblər.

Vəziyyətin gərginləşdiyini görən çəkiliş heyəti dərhal polisə müraciət edib.

İstanbul Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən hər 4 şəxs saxlanılaraq polis bölməsinə aparılıb.

İstintaq prosedurları başa çatdıqdan sonra saxlanılan şəxslər barələrində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə göndəriliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər