Keçmiş sevgililər 21 il sonra COP31-də bir araya gəldi

Keçmiş sevgililər 21 il sonra COP31-də bir araya gəldi
Video
Şou-biznes 184

Bir zamanlar həm serialda, həm real həyatda sevgili olan məşhur aktyorlar Tuba Büyüküstün və Bülent İnal illər sonra Antalyda COP31-də bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, "Ihlamurlar Altında" serialının ulduzlarının COP31-də (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası) 21 il sonra bir araya gəlməsi xeyli maraq doğurub.

Onları illər sonra eyni tədbirdə görmək serialı izləyənlərə 2000-ci illərin əvvələrini xatırladıb.

Ekran işində Filiz və Yılmaz obrazlarını canlandıran aktyorlar həmin illərdə real həyatda da sevgili olublar.

Cütlük birlikdə olduqları illərdə "Elele" jurnalı üçün kamera qarşısına keçib.

Təxminən iki il davam edən eşq macərası 2007-ci ildə bitib. Elə həmin il "Ihlamurlar Altında" serialı da final edib.

Keçmiş sevgililər 21 il sonra COP31-də bir araya gəldi

Serialın son bölümlərində Filiz və Yılmazın hekayəsi ekranlarda davam edərkən, aktyorların ayrılması xəbəri də dövrün maqazin gündəminin ən çox müzakirə edilən mövzusuna çevrilib.

Xatırladaq ki, "Ihlamurlar Altında" 2005-2007-ci illərdə "Kanal D" telekanalında yayımlanan dram janrlı serialıdır.

İki mövsümdən ibarət olan ekran işi 80-ci bölümü ilə final edərək başa çatıb.

Keçmiş sevgililər 21 il sonra COP31-də bir araya gəldi

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər