Rusiyada hərbçinin avtomobili partladı: Polkovnik öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Sankt-Peterburq şəhərində hərbçinin olduğu avtomobildə güclü partlayış baş verib. Hadisə nəticəsində hərbçi həyatını itirib, onunla birlikdə avtomobildə olan qohumu isə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli "Fontanka" nəşri məlumat yayıb.
Hadisə Kolpinski şosesində, Slavyanka ərazisində qeydə alınıb. Məlumata görə, partlayış baş verən zaman avtomobilin salonunda polkovnik rütbəli hərbçi və onun qohumu olub.
Partlayış nəticəsində hərbçi hadisə yerində ölüb. Onun yaxın qohumunun yaralandığı bildirilir. Yaralının vəziyyəti barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Hadisə səbəbindən Kolpinski şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Şahidlərin sözlərinə görə, yol avtomobillərin hərəkəti üçün bağlanıb.
Oxşar xəbərlər
Nyu-Yorkda bina çökdü: 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb
ABŞ-nin Nyu-York şəhərində yaşayış binasının qismən uçması nəticəsində iki nəfər həyatını itirib, 19 nəfər isə xəsarət alıb. BAKU.WS xəbər verir ki, hadisə şəhə...