Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb

Zabratda ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb
Foto
Hadisə 20

Zabrat qəsəbəsində ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama keçirilən müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər