Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib.
BAKU.WS Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.
Məlumata görə, münaqişədə fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasov da iştirak edib.
Bildirilir ki, mübahisə zamanı A.Abbasov qarşı tərəfə xəsarət yetirib.
Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
General Natiq Əliyevin qızı saxlanıldı
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələ...