Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a bildirilib ki, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:
"Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicə həkimi, nefroloq və endokrinoloq tərəfindən mütəmadi olaraq qiymətləndirilir. Pasiyent həkim nəzarətində saxlanılır".
Qeyd edək ki, Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova verib.
Oxşar xəbərlər
NETTY 2026-ya artıq 150-dən çox layihə təqdim olunub
Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün müsabiqəyə artıq 150-dən çox layihə təqdim olunub. BAKU.WS xəbər verir ki, ərizələr noyabr...